Bakıda dizayn və açar təhvil təmir
Mənzil, villa və ofisləriniz üçün interyer dizaynı hazırlayır, onu açar təhvil təmirlə və fərdi mebellə həyata keçiririk. Lazım olduqda tikinti işlərini də öhdəmizə götürürük. Bakıda yerləşirik, layihələri bütün dünyada icra edirik.
Dizayndan açar təhvilə
Əsas işimiz dizayn və təmirdir. Layihəni çəkən komanda onu təmirdə də özü həyata keçirir, nəticə vizualizasiyadakı kimi olur.
İnteryer dizaynı
Mənzil, villa və ofislər üçün konsepsiya, rəng və material seçimi, fotoreal 3D vizualizasiya.
Açar təhvil təmir
Elektrik, santexnika, suvaq, döşəmə, tavan və bəzək işləri. Dizayn layihəsinə tam uyğun icra.
Fərdi mebel
Dizayna uyğun mətbəx, qarderob və qonaq otağı mebeli: ölçü götürmədən quraşdırmaya qədər.
Dizayn-layihə və nəzarət
İşçi çertyojlar, elektrik və santexnika planları, təmir zamanı müəllif nəzarəti.
Ofis və kommersiya interyerləri
Ofis, mağaza, restoran və salonlar üçün brendə uyğun dizayn və təmir.
Tikinti işləri
Əlavə xidmət olaraq fərdi ev və bina tikintisi: bünövrədən dam örtüyünə qədər.
Dizayn işlərimiz
Bütün 3D vizualizasiyalar komandamızın dizaynerləri tərəfindən hazırlanıb. Neoklassik və modern üslubda mətbəx, qonaq və yataq otaqları. Hər layihəyə toxunaraq tam qalereyaya baxın.

Neoklassik mətbəx
Qalereyaya bax ↗
Neoklassik qonaq otağı
Qalereyaya bax ↗
Lüks yataq otağı
Qalereyaya bax ↗
Modern qonaq otağı
Qalereyaya bax ↗
Modern mətbəx
Qalereyaya bax ↗
Gənc qız üçün yataq otağı
Qalereyaya bax ↗
Qonaq otağı və hol
Qalereyaya bax ↗
Neoklassik mətbəx II
Qalereyaya bax ↗
Neoklassik qonaq otağı və hol
Qalereyaya bax ↗Qiyməti hesabla
Sahəni və iş növünü seçin, təxmini büdcəni dərhal görün. Dəqiq smeta obyekt baxışından sonra verilir.
Beş mərhələ
Hər mərhələ yazılı aktla bağlanır və ödəniş yalnız qəbul edilmiş işə görə aparılır.
Baxış
Dizayner obyektə gəlir, ölçü götürür, zövqünüzü və istəklərinizi öyrənir.
Dizayn
Planlaşdırma, 3D vizualizasiya və təsdiq olunan işçi çertyojlar.
Smeta
Material və iş üzrə ayrıca qiymətlənmiş, müqaviləyə əlavə olunan smeta.
Təmir
Dizayna uyğun icra, həftəlik foto-hesabat və mebelin quraşdırılması.
Təhvil
Təhvil aktı və 5 illik yazılı zəmanət sənədi verilir.
Dizayn və təmir haqqında
Təmirə başlamazdan əvvəl bilməli olduğunuz suallara praktik cavablar.
Bakıda mənzil təmirinin qiyməti nədən asılıdır?
Təmir büdcəsini müəyyən edən 8 əsas amil: sahə, mənzilin vəziyyəti, təmir növü, materiallar, mühəndis sistemləri, dizayn layihəsi, mebel və müddət.
Oxu → TəmirAçar təhvil təmir nədir? Mərhələlər və yoxlama siyahısı
Açar təhvil təmirin 8 mərhələsi: dizayndan söküntüyə, mühəndis sistemlərindən bəzək işlərinə və təhvil aktına qədər. Təhvil zamanı nələri yoxlamalı.
Oxu → Dizaynİnteryer dizayn layihəsinə nələr daxildir?
Dizayn layihəsinin tərkibi: ölçü planı, planlaşdırma, 3D vizualizasiya, işçi çertyojlar, material siyahısı və müəllif nəzarəti. Layihə niyə təmirdə pula qənaət edir.
Oxu →Tez-tez soruşulanlar
Dizayn layihəsi nə qədər vaxt aparır?
Mənzil üçün adətən 3–5 həftə, böyük villa və kommersiya obyektləri üçün 6–10 həftə. Dəqiq müddəti sahə və tələblərə görə ilk görüşdə deyirik.
Smeta iş zamanı artırıla bilərmi?
Xeyr. Razılaşdırılmış smeta müqaviləyə əlavə olunur. Yalnız siz əlavə iş və ya daha bahalı material istədiyiniz halda, yazılı razılığınızla dəyişir.
Zəmanət nəyi əhatə edir?
Təmir işlərinə, elektrik və santexnika xətlərinə, mebelə 5 il zəmanət veririk. Zəmanət müddətində aşkar olunan qüsurları ödənişsiz aradan qaldırırıq.
Ödəniş necə aparılır?
Avans və sonra hər mərhələnin qəbulundan sonra hissə-hissə ödəniş. Görülməmiş işə görə qabaqcadan ödəniş tələb etmirik.
Bakıdan kənarda işləyirsiniz?
Bəli, Abşeron yarımadası və regionlarda da obyekt qəbul edirik. Uzaq ərazilər üçün nəqliyyat xərci smetada ayrıca göstərilir.
Tikinti işləri də görürsünüz?
Bəli. Əsas istiqamətimiz dizayn və təmirdir, amma fərdi ev və bina tikintisini də bünövrədən açar təhvilə qədər icra edirik.